MART 18, 2014
Reschadbabali Blog
 

İranda humanitar missiya ilə 2 il yarımını keçirmiş türkiyəli Şafak Paveyin bunla bağlı kitabını (Nereye gitsem gökyüzü benimdi) oxuyuram. Müəllif İranda olduğu müddətdə apardığı müşahidələri qələmə alıb. Əslində yazdıqlarında mənim üçün elə də bir yenilik yoxuydu. İnsanların həyatlarının bütün sahələrinə müdaxilə edən bir dövlət və o dövlətin qaynaqlandığı sistem olan din. Üstəgəl bütün bu sistemin əzdiyi qadın. Bu barədə zatən cənub qonşumuz barədə kifayət qədər məlumatlıyıq. Şafak xanımın xatirələrini oxuduqca bir daha əmin oldum kidin siyasətə, ictimai həyata nə qədər nüfuz edirsə bir o qədər azadlıqları məhdudlaşdırır. Özəlliklə qadınların. 1979-cu ildə kişilərlə çiyin çiyinə şahı devirən İran qadınları inqilabdan bəhrələnmək əvəzinə xəyanət gördülər. Şahın yerinə keçən digər müstəbitlər, mollalar qadınların əlində qalan azacıq hüquqları da nəyi var məhdudlaşdırdılar.

376171

İranda hər seçki qabağı siyasilərin islahat vədləri qadın üzərindən olsa da yerinə yetirmədilər. Daha doğrusu istəsələr belə edə bilmirlər. Çünki onların qadın haqqlarına yönəlik açıqlamaları mollaların qəzəbinə tuş gəlib. Əmmaməlilər onlara necə təpiniblərsə sözlərini geri götürüblər. Şafak Paveyin kitabını oxuya-oxuya yadıma İranın Rusiyadakı səfirinin blqounda bir az əvvəl gördüyüm İran şəkilləri düşdü. Səfir Mehdi Sənai o şəkillərlərlə İranın basqılar, qadağalar ölkəsi yox, əslində çox normal bir ölkə olduğunu göstərmək istəyib. Şəkillərdən də göründüyü kimi əvvəlki kimi molla düzəni yoxdu. Səfirin bloqundan diqqətimi çəkən həm də o oldu ki heç bir yerdə molla, dindar, məscid, pir kimi dini simvollar verilməyib. Hansı ki İrandakı həyatı onlarsa təsəvvür etmək olmur. Ancaq İran özünü bizə göstərəndə var qüvvəsiylə din tərəfini işə salır. Mehdi Sənainin bloqunda göstərilən İran mənzərəsi bizə təqdim olunmur. Şərqin hiyləgər milləti olan farslar yaxşı bilir neylədiklərini. Axı onlar burda İslamın qoruyucusu kimi tanınırlar. Iranın qeyri rəsmi burdakı kanalı olan ANS-də mənzərələri mühavizəkar tərzdədi. Elə səfirliyin keçirdiyi sərgilərdə də Rusiyadakı səfirin bloqundakı rəsimlərdən görməmişəm. Ümumiyyətlə bizdəki alqı qara çadralı, əmmaməli, boz evlərdən ibarət bir İrandır. İran aşurada, imamların mövlud və vəfat günlərində, dini bayramlarda özünün xatırlanmasını istəyir. Əlbətdə Azərbaycan üçün. Rusiyadakı səfirin bloqundakı şəkillər gerçək İran deyil. Heç bizə göstərilən də. Hardasa ortadadı. Ancaq nədisə bizim üçün faydalı heçnə yoxdu orda. Primitiv insan hüquq və azadlıqlarını boğan, insanın həyatının hər sahəsinə nüfuz edən, bunda özünü tam haqqlı görən bir sistemdən götürəcəyimiz heçnə yoxdu. O cür sistemdə yaşayan insanlarda riyakarlıq adi insan xarakterinə çevrilir. Daima basqılara məruz qalanlar gerçək hiss və düşüncələrini həmişə gizlətməyə məcbur olurlar. Üzdə güldükləri, xoş iltifat etdikləri adamın arxasınca rahat söyərlər, qiybətini edərlər. Daima səksəskədə olarlar ki görən onları izləyən varmı və s. P.S,Bilərəkdən İrandakı türklərin problemlərindən yazmadım. Çünki o qədər geniş mövzudur ki gərək azı 10 yerə bölüb incələyəsən.

http://reschadbabali.wordpress.com/2014/03/18/hiyl%C9%99g%C9%99r-siyas%C9%99t/